Almaniyadan Türkiyə açıqlaması

Baxış sayı:
5596

Almaniyanın xarici işlər naziri Heiko Maas, çərşənbə günü Türkiyədə rəsmi səfərdə olacaq və Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. İki ölkənin xarici işlər nazirləri cümə günü İstanbulda Alman Məktəbinin 150-ci İldönümü ilə bağlı mərasimdə iştirak edəcək.
 
Səfərdən əvvəl Almaniyanın “Bild am Sonntag” qəzetinə danışan Maas, "Türkiyə böhrandadır. Türkiyəyə maliyyə cəhətdən kömək etmək məcburiyyətindəmiyik"sualına," Bizim Türkiyəni siyasi və iqtisadi olaraq düzəltməyə yönəlik heç bir marağımız yoxdur. Burada söz mövzusu olan Türkiyəyə konkret maliyyə yardım göstərmək deyil, əksinə, Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Bunun üçün Türkiyə də səy göstərməlidir" cavabını verib. Maas, "Prezident Ərdoğanın Almaniyaya edəcəyi rəsmi səfərindən nə gözləyirsiniz" sualına cavab olaraq "Mən də Türkiyəni ziyarət edəcəyəm. Türkiyədə qəbul edilməz əsaslarla yeddi Alman vətəndaşı həbsdə saxlanılır. İttihamnamə olmadan insanlar bir ildən çox müddətdir həbsdədirlər. Qəbul edilməz bu vəziyyətə son qoyulması lazımdır" deyib.
Müxalifət.az