​Almaniyadan Türkiyə açıqlaması - “Qarşılıqlı əlaqələrimizin daha da normallaşmasını istəyirik”

Baxış sayı:
2266

Muxalifet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heyko Maas Almaniya ilə Türkiyə arasındakı münasibətlərin daha da normallaşmasını istədiyini bildirib.
Maas “Kölner Stadt-Anzeiger” qəzetinə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri ilə bağlı fikrini bildirib. “Qarşılıqlı münasibətlərimizin daha da normallaşdırılmasını istəyirik” deyən Maas münasibətlərin normallaşmasının iki ölkə üçün də mənfəətli olacağına işarə edib. Almaniyada yaşayan 3 milyon nəfər türk mənşəli vətəndaşa görə bu münasibətin həyati əhəmiyyət daşıdığını bildirən Maas Türkiyənin də xüsusilə iqtisadi münasibətlər üzündən maraqlı olduğunu qeyd edib.
Prezident Ərdoğanın səfəri zamanı aparılacaq danışıqlarda uzun zaman gündəmdə olan məsələlərin müzakirə ediləcəyini söyləyən Maas deyib: “Hələ də Türkiyədəki həbsxanalarda olan alman vətəndaşları var. Bunun niyə belə olduğunu anlamırıq. Suriyanın şimal-şərqində Afrin ətrafında Türkiyənin fəaliyyətləri də müzakirə mövzusu olacaq”.
Alman mətbuatı prezident Ərdoğanın sentyabr ayının sonunda Almaniyanı ziyarət edəcəyini iddia edən xəbərlər yaymışdı.
Almaniyanln prezident aparatına istinad edilən xəbərlərdə prezident Frank-Valter Ştaynmayerin prezident Ərdoğanı uzun müddət əvvəl dəvət elədiyi, lakin səfər tarixinin hələ dəqiq olmadığı bildirilmişdi.