Almaniyadan təcili çağırış: Dərhal dayandırın!

Baxış sayı:
10972

 Almaniyanın Misirdəki son edam cəzalarını narahatlıqla izlədiyi, bu edamların dərhal dayandırılmasını istədiyi bildirilib.
 
Yülsək səviyyəli bir Alman diplomat Anadolu Sgentliyinə verdiyi açıqlamada, "Misirdə son dövrdə artan ölüm hökmlərini və edamları böyük bir narahatlıqla qarşılayırıq. Misirə edam cəzalarını təxirə salması və edamları dərhal dayandırması çağırışı edirik" deyik.
Səlahiyyətli, "Alman hökuməti Misir hökumətilə görüşlərində bu məsələni gündəmə gətirməyə davam edəcək. Bu barədə beynəlxalq insan haqları təşkilatları ilə də müntəzəm təmas içərisində oluruq" deyə söyləyib.
Almaniyanın prinsipial olaraq və hər şəraitdə edam cəzasına qarşı olduğunu vurğulayan diplomat, dünya üzrə ölüm cəzasının qadağan edilməsi üçün digər Avropa Birliyi üzvü olan ölkələrlə birgə səylərinin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Misirdə 2015-ci ildə baş prokuror Hişam Berekatın öldürüldüyü sui-qəsd səbəbiylə mühakimə olunan və edam cəzasına məhkum edilən 9 müttəhim çərşənbə günü edam edilmişdi. Müqəssirlər məhkəmə iclasları zamanı onlara yönəldilən ittihamları rədd edərək ifadələrinin işgəncə altında verildiyini qeyd etmişdi.
Müxalifət.az