Almaniyadan Ərdoğan açıqlaması

Baxış sayı:
6832

Alman Xəbər Agentliyinin (DPA) verdiyi xəbərdə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 28-29 sentyabr tarixlərində Almaniyaya rəsmi səfər edəcəyi açıqlanıb.
 
Almaniya prezidenti Frank-Uolter Steinmeierin prezidenti Ərdoğanı hərbi mərasimlə qarşılayacağı ifadə edilərkən, Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində Almaniya baş naziri Angela Merkel ilə də bir araya gələcəyi bildirilib.
Prezident Ərdoğanın Almaniya proqramının detallarına dair isə hazırda iki tərəf arasında "yaxın koordinasiya içində" danışıqlar aparıldığı da qeyd edilib.
Qeyd edək ki, Steinmeier daha əvvəl prezident Ərdoğanı Almaniyaya dəvət etmiş, lakin səfərin tarixi məlum olmamışdı.
Müxalifət.az