Almaniyadan PKK həmləsi! Bağladılar

Baxış sayı:
2014

 Almaniya terror təşkilatı PKK ilə əlaqəli Mesopotamiya Nəşriyyatını və MIR Multimedia şirkətini bağlayıb.
 
Almaniya Daxili işlər Nazirliyindən edilən açıqlamada, daxili işlər naziri Horst Seehoferin göstərişilə terror təşkilatı PKK ilə əlaqəsi olan Mesopotamiya Nəşriyyat və MIR Multimedia şirkətinin fəaliyyətinin qadağan olunduğu bildirilib.
Qadağan olunan dərnəklər qanun çərçivəsində bağlandığı ifadə edilən açıqlamada, səhər saatlarından etibarən Şimali Vestfal və Aşağı Saksoniya əyalətlərində sözügedən nəşriyyat və cəmiyyətə aid bəzi yerlərdə axtarışlar aparıldığı və bəzi materiallara əl qoyulduğu bildirilib.
Horst Seehofer Almaniyada PKK-nın qadağan olunmuş terror təşkilatı olmasına baxmayaraq fəal olduğunu bildirərək qadağalara riayət edilməsi nöqtəsində lazımlı bir zərurət olduğunu qeyd edib.
Açıqlada, həmçinin iş yerlərində bundan əvvəlki keçirilən axtarışlarda da əldə edilən dəlillərin hər iki cəmiyyətin fəaliyyətinin PKK-ya xidmət etdiyi istiqamətindəki şübhələri təsdiq etdiyi ifadə edilib.
Sözügedən iki şirkətin də kommersiya fəaliyyətlərinin PKK-nın xeyrinə olduğu qeyd olunub.
Terror təşkilatı PKK-nın 1993-ci ildən bu yana yasaqlı terror təşkilatının siyahısında yer aldığı xatırladılan açıqlamada, PKK-nın Almaniyada 14500 tərəfdarı olduğu, xarici terror təşkilatları içində ən çox tərəfdarı olan terror təşkilatı olduğu qeyd edilib.
Müxalifət.az