Almaniyadan İŞİD-ə gəlin getdi və... - “CANLI BOMBA” OLMAQ İSTƏMƏDİ
Almaniyadan İŞİD terror qruplaşmasına qoşulmaq üçün gedən və geri qayıdan qadın saxlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, tanış olduğu bir nəfərin köməyi ilə İŞİD-ə qoşulan Ö.Derya başına gələnləri alman “Bild” qəzetinə danışıb.
“Sevgilim məni fahişəliyə məcbur edirdi, ondan bezmişdim. Daha sonra dinimi dəyişib müsəlman oldum və İŞİD üzvü, alman əsilli S.Mario ilə tanış olub evləndim. Almaniyada silahdan istifadəni öyrənmək üçün kursa yazıldım. Daha sonra birlikdə Suriyaya getdik və aramızda problemlər başladı deyə ayrıldıq. Mariodan ayrıldıqdan sonra orda bir rəfiqəm mənə ərinin ikinci arvadı olmağımı təklif etdi, amma qəbul etmədim. İŞİD-ın belçikalı lideri Abu Salahuddin ilə evləndim, bir müddət sonra o, öldürüldü və mən geri-Marionun yanına qayıtdım. Mario mənə canlı bomba olmağımı təklif etdi. Etdiklərimdən peşman oldum və geri qayıtdım”, - deyə Derya başına gələnləri nəql edib.
Aznews.az bildirir ki, qadın Almaniyada gəzərkən federal prokurorluq işçiləri tərəfindən yaxalanıb. O, İŞİD üzvü olduğuna görə ittiham edilir.