Almaniyadan diqqət çəkən İraq AÇIQLAMASI

Baxış sayı:
9409

İraq beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD-i məğlub edərək əhəmiyyətli uğur qazanıb.
Muxalifet.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas Bağdad səfərində bildirib.
"İraqın təhlükəsizliyi və gələcəyi region üçün olduğu kimi, Avropa üçün də əhəmiyyətlidir. Almaniya İraqın yenidən qurulması üçün yardıma davam edəcək", - Maas qeyd edib.
Maas İraq XİN rəhbəri Məhəmməd əl-Hakimlə görüşündə İŞİD-ə görə ölkəsini tərk edərək Almaniyaya sığınan iraqlıların geri qayıtmasını istəyib.