Almaniyadan Camal Qaşıqçı açıqlaması

Baxış sayı:
223

Almaniya Xarici İşlər Nazirliyinin sözçü yardımçısı Kristofer Burger, öldürülən Səudiyyə jurnalist Camal Qaşıqçı cinayətinə dair açıqlama verib.
 
Burger, Federal Mətbuat Mərkəzində verdiyi açıqlamada, Qaşıqçı cinayətilə bağlı gözləntilərinin "şəffaflıq" və "cinayətin boşluq olmayacaq şəkildə tam olaraq işıqlandırılması" olduğunu qeyd edib.
Səudiyyə orqanlarından dünən istintaq məsələsində daha bir addımın atıldığına işarə edən Burger, bunun yetərsiz olduğunu vurğulayıb.
 
Hələ də bir çox sual cavabsız qalıb
 
Burger, "Hadisənin işlənmə forması, arxa planı və məsuliyyət məsələsində hələ də bir çox sual cavabsız qalıb" deyib.
İstintaqın beynəlxalq standartlarda aparılmasını tələb etdiklərini qeyd edən Burger, Almaniyanın Avropalı tərəfdaşları ilə vəziyyəti qiymətləndirəcək və ona görə bir nəticə çıxaracaqlarını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş Prokurorluğunun sözçüsü Şelan eş-Selan, dünən, Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi hadisəsinə qarışan 5 nəfərin edamının tələb olunduğunu açıqlamışdı.
Müxalifət.az