Almaniyadan ABŞ-a Türkiyə təpkisi

Baxış sayı:
4864

Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmaier, ABŞ-ın Türkiyə və Çinə qarşı əlavə gömrük vergisi tətbiq etməsinə təpki göstərib.
 
Tramp rəhbərliyini tənqid edən Altmaier, əməliyyatların huquqsuz olduğunu bildirib. Bu iqtisadi müharibənin Avropada biznes imkanlarını və böyüməyə zərbə endirdiyini qeyd edib.
 
AVRUPA ABŞ-a DİZ ÇÖKMƏYƏCƏK
 
Alman nazir Piter Altmaier, “Tramp rəhbərliyi Türkiyə və Çinə qarşı aldığı əlavə gömrük işlərində haqsızdır. Bu ticarət müharibəsi iqtisadi böyüməyi həm ləngidir, həm də viran edir və yeni qeyri-müəyyənliklər ortaya çıxarır" deyib.
Yeni və etibarlı bazarların açılmasının lazım olduğunu qeyd edən Altmaier, "Bu praktika Avropada biznes imkanlarına və böyüməyə zərbə endirir. Avropa, ABŞ qarşısında diz çökməyəcək. Dünya aşağı gömrük vergisinin tətbiq olunmasına, daha az proteksionist siyasət və daha açıq bazarların olduğu şəraitə ehtiyac duyur" deyə, bildirib.
Müxalifət.az