Almaniyadan ABŞ-ı qəzəbləndirəcək qərar!

Baxış sayı:
6127

 ABŞ-ın bütün təzyiq siyasətinə baxmayaraq Almaniya “Huawei” şirkətinin təhlükəsizlik riski meydana gətirdiyinə dair konkret bir dəlil olmadığını və bu səbəblə 5G avadanlıqlarının qadağan olunmayacağını açıqlayıb.
 
Başda ABŞ olmaqla, bəzi ölkələr “Huawei” şirkətinin 5G şəbəkə avadanlıqlarını casusluq üçün istifadə etdiyini söyləyərək şirkətin şəbəkə avadanlıqlarının istifadə edilməməsi lazım olduğunu bəyan etmişdi.
Almaniya Federal Şəbəkə İdarəsinin rəhbəri Jochen Homann, "Huawei, o cümlədən hər hansı bir 5G təhcizatçısının Almaniyanın bütün standart və təhlükəsizlik tələblərinə əməl olunduğu təqdirdə xüsusi olaraq təcrid olunmaması lazımdır. “Huawei”-in təhlükəsizlik riski meydana gətirdiyinə dair hələ konkret bir dəlil görmədik" deyə boldirib.
Homann “Huawei”-in ölkənin təhlükəsizlik ehtiyacları təmin edildiyi təqdirdə 5G mobil şəbəkənin yaradılmasında yer alacağını bildirib.
Qeyd edək ki, 5g texnologiyası ilə Avropada və Almaniyada informasiya təminatında sürətin artırılması, eyni zamanda yüksək tutumlu, qısa gecikmə müddətli və aşağı dəyərli bir kommunikasiya infrastrukturunun yaradılması məqsədi güdülür.
Mütəxəssislər Almaniyanın super sürətli 5G mobil internet şəbəkəsini daha uyğun qiymətə qurmaq üçün Çinli texnologiya nəhəngi “Huawei” ilə çalışması lazım olduğunu bildirir.
Müxalifət.az