Almaniyadakı “Naxçıvan” Futbol Klubunu Frenk Elkaponi yaradıb

Dünya Azərbaycanlıları Assambleyasının (DAİ) təşəbbüsü ilə Almaniyada “AZE Nakhchivan SK” futbol klubu yaradılıb. Məlumatlara görə, kluba maliyyə dəstəyi azərbaycanlı iş adamı Fizuli Məmmədovdan (Frenk Elkaponi) gəlib.
DAİ-nin rəhbəri Rəşad Quliyev yaxında klubun dəstəklənməsi ilə bağlı sponsorlara, şirkətlərə ölkəmizin tanıdılmasında maraqlı olan insanlara müraciətin nəzərdə tutulduğunu bildirib:
“Fizuli Məmmədovun kluba maliyyə dəstəyi verməsilə bağlı məlumat real deyil. O, Naxçıvandan olan , vətənpərvər bir iş adamıdır. Eyni zamanda, Naxçıvan kökənlidir. Bunları nəzərə alaraq iş adamına müraciət etməyi düşünürük. Təbii ki , biz yalniz Frenk Elkaponi ilə kifayətlənməyəcəyik. Digər iş adamlarına Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə müraciət etməyi düşünürük. Mənim əslim, kökənim Zəngəzurdandır. Ümumiyyətlə, klubumuzun idarə heyətində alman , qanalı, rus , türkiyəli var, amma əslən Naxçıvandan olan yoxdur. Qeyd edim ki, bu saydığım ölkənin vətəndaşları futbolla birbaşa bağlılığı var. Məsələn, təsisçimiz və idarə heyətimizin üzvü Nana İsaac Qananın tanınmış ailələrindəndir, digər tərəfdən, Qanada futbol məktəbinin sahibdir, oğlu Almaniyanın peşəkar futbol liqsının 3-cü dəstəsində oynayır”.
R.Quliyev deyib ki, klubun rəhbəri Aydın Karaca 1996-cı ildə əsası qoyulmuş "JSV Köln 96" klubunun təsisçisidir:
“Klubuzun digər idarəçilərindən biri Serdar Demir Almaniyadakı “DSK” futbol klubunun baş məşqçisidir”.
 DAİ rəsmisi klubun adının “Naxçıvan” adlandırılmasına da aydınlıq gətirib:
 “Hazırda Naxçıvan blokada durumundadır. Bu bölgənin daha çox tanıdılmasına ehtiyac var. Alışmışıq ki, ermənilər nəyisə etsin, biz də onlara cavab verək. Bu gün Qarabağdan sonra beynəlxalq səviyyədə ermənilərin apardıqları təbliğatda  Naxçıvanın tarixi erməni torpağı olmasının “sübutuna” çalışılır. Digər tərəfdən, “Qarabağ” adına komanda var. Dünyanın bir çox ölkələrində restoranlar, mərkəzlər, təşkilatlar var, ancaq tarixi qədər özü də zəngin olan Naxçıvan unudulub. Ona görə də klubun adını Naxçıvan adlandırdıq”.