Almaniyada xəsarət alanlar sırasında Azərbaycan vətəndaşları varmı? - XİN-dən AÇIQLAMA

Baxış sayı:
1474

Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək". (Trend)