​Almaniyada sovet döyüşçülərinin məzarları təhqir edildi

Baxış sayı:
14242

Mayın 9-da Almaniyada sovet döyüşçülərinin məzarlığındakı qəbirlərin naməlum şəxslər tərəfindən təhqir edilməsi ilə əlaqədar polis araşdırması başlanıb.
AzərTAc xəbər verir ki, hadisə Şpremberq (Brandenburq əyaləti) şəhərciyindəki iki məzarlıqdan birində baş verib. Burada ümumən 787 Sovet Ordusu döyüşçüsü dəfn edilib. Cinayətkarlar onlarca başdaşına nasist svastikasının təsvir olunduğu qraffiti çəkiblər.