Almaniyada Qarabağ mitinqi keçiriləcək

Baxış sayı:
3173

Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.

Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com-a Avropada yaşayan ağdamlıların təşkilat komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.

Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardır. Onlar müraciət edərək, bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edirlər.

Aksiya Platz der Vereinten Nationen 1, 53113 Bonn. ünvanında keçiriləcək.