​Almaniyada polislə PKK tərəfdarları arasında qarşıdurma - FOTO

Almaniyanın Düsseldorf şəhərində aksiya keçirən PKK tərəfdarlarına polis gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Polislə qarşıdurma yaranıb.
Muxalifet.az bu barədə Türkiyə mətbuatına istinadla məlumat verir.
Düsseldorf polisinin PKK-nı təbliğ edən bayraqlar və Öcalan portretləri olmadan aksiyaya icazə verdiyi bildirilir.
Ancaq aksiyaçılar qrupu TOMA  buna məhəl qoymayıb, aksiyaya müdaxilə edən şəhər polisinə şüşə və bayraq sopaları ilə hücum ediblər.
Qarşıdurma nəticəsində yaralanan və həbs olunanlar var.
Aksiya hələ də davam edir.