Almaniyada nazirin meyiti aşkarlandı - FOTO

Baxış sayı:
2048

Alman siyasətçisi, Hessen federal ərazisinin maliyyə naziri Tomas Şefer ölmüş vəziyyətdə aşkarlanıb.

TASS xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

Məlumata görə, nazirin meyiti Hokkaym-am-Mayn şəhərində, dəmir yolunda tapılıb.

İstintaq nazirin intihar etməsi qənaətinə gəlib. Şefer Hessenin baş naziri Folker Bufenin mümkün varislərindən biri hesab edilirdi. O, 2010-cu ilin avqustundan regionun maliyyə naziri vəzifəsini tuturdu. Tomas Şefer Xristian-demokrat ittifaqının üzvü idi./report