Almaniyada məscidə çirkin hücum!

Baxış sayı:
2311

Almaniyanın Hamburg şəhərinin yaxınlığındakı Schleswig qəsəbəsindəki DİTİB məscidinə edilən hücumda, Quran-i Kərim cırılaraq tualetə atılıb, kranlar çıxarılıb, sabun qabları qırılaraq məscidə zərər verilib.
 
Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) bağlı Schleswig Veysəl Karani Məscidinə çərşənbə günü 9.30-11.00 saatları arasında edilən hücum, Flensburg Təhlükəsizlik Xidmətinin bu gün yayınladığı etdiyi mətbuat bülleteniylə ortaya çıxıb.
Məscidə girən şəxsiyyəti naməlum adam ya da şəxslərin Quran-i Kərimi cıraraq tualetə atdığı, kran və sabun qablarını qıraraq Məscidə zərər verdiyi qeyd edilib.
Polis tərəfindən edilən açıqlamada, məscidə edilən hücumla əlaqədar istintaqın davam etdiyi və hadisənin işıqlandırılması üçün ətraf sakinlərindən kömək istəndiyi qeyd edilib.
Müxalifət.az