​Almaniyada həbs edilən Əlövsət Əliyev azadlığa buraxıldı

Baxış sayı:
274

“Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.
“Report”un xəbərinə görə, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, A.Əliyev azadlığa buraxılıb.
Qeyd edək ki, ötən il Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Saxlanılanlardan biri də Ə.Əliyev idi.
Xatırladaq ki, Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.