Almaniyada “Fateh” məscidi daşa basıldı - FOTO

Baxış sayı:
2038

Almaniyanın Drezden şəhərində naməlum şəxslər “Fateh” məscidini daş atəşinə tutublar.

Məscid nümayəndəsi Hüseyn Taşkının sözlərinə görə, hadisə nəticəsində binanın şüşələri sındırılıb. Taşkın onu da əlavə edib ki, basqın zamanı məsciddə heç kim olmayıb.

Drezden polisinin mətbuat katibi Marko Laske jurnalistlərə açıqlamasında bildirib ki, hüquq mühafizə orqanları artıq cinayətlə bağlı araşdırmaya başlayıblar.

“Qafqazinfo” xatırladır ki, 2016-cı ildə naməlum şəxslər “Fateh” məscidində kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə partlayış törətmişdilər.