​Almaniyada dərc edilən “Der Spiegel” nəşrinin Türkiyə XOFU

Baxış sayı:
10018

Almaniyada dərc edilən “Der Spiegel” nəşri Türkiyənin Suriyanın şimalında İŞİD və PKK terror təşkilatlarına qarşı əməliyyatları ilə bağlı yalan bir xəbər verib. Mətbu orqanı Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsini Suriya torpaqlarını öz ərazilərinə daxil eləmək istəyi kimi qələmə verib və Osmanlı dövlətinin 1920-ci il xəritəsini paylaşıb. Əl Bab, Cerablus, Afrin bölgələrində əhalinin dincliyinə qovuşmasına göz yuman jurnal Afrində mədəni və etnik təmizlik aparıldığı kimi çirkin ittihamlar irəli sürüb.
Yazı müəllifi öz xoflarını belə ifadə edib: “Hatayda türklər azlıq idilər. Fransa bölgəni Türkiyəyə verib getdikdən Ankara bölgənin demoqrafik quruluşunu dəyişərək Hatayı türk mavisinə boyadı. İndi eyni vəziyyət Afrin və digər bölgələrdə də yarana bilər”.