Almaniyada böhran: Silah istehsalçısından hökumətə təhdid!

Baxış sayı:
7495

 Alman silah istehsalçısı olan şirkətin Səudiyyə Ərəbistanına silah embarqosunun davam etdiyi təqdirdə gəlir itkisinə məruz qalacaqlarına görə, hökumətə təzminat məhkəməsi iddiası açacağı ilə təhdid etdiyi irəli sürülüb.
 
“Spiegel” jurnalının xəbərində, Alman silah istehsalçısı “Rheinmetall”-ın, Almaniya İqtisadiyyat Nazirliyinə məktub yazaraq Səudiyyə Ərəbistanına silah embarqosunun davam etməsi vəziyyətində gəlir itkisinə məruz qalacağına görə, təzminat davası açacağı qeyd edilib.
 
ŞİRKƏTİN HÜQUQU VAR
 
 Xəbərdə, “Rheinmetall”-ın Alman hökumətinin Federal Təhlükəsizlik Şurasının silah ixracı icazəsini siyasi səbəblərdən dayandırması səbəbindən şirkətin təzminat tələb etmə haqqı olduğunu qeyd etdiyi bildirilib.
“Rheinmetall” rəhbərliyinin həmçinin şirkətin zərərləri üçün təzminat tələb etmədiyi halda səhmdarların şirkəti ittiham etməsindən narahat olduqları irəli sürülüb.
Dayandırılan silah satışlarının həcminin böyüklüyünə işarə edilən xəbərdə, indiyə qədər 2 milyard avroluq silah istehsal edildiyi, "Cobra" tipli 4 radar sistemi kimi, bəzi silah sistemlərinin nəqli üçün hazır saxlanıldığı bildirilib.
Qeyd edək ki, Alman hökuməti jurnalist Camal Qaşıqçı cinayətindən sonra noyabr ayında Səudiyyə Ərəbistanına qarşı silah satışını dayandırdığını açıqlamışdı. Alman Təhlükəsizlik və Müdafiə Sənayesi Birliyi (BDSV) daha əvvəl satışına icazə verilmiş silahların embarqo siyahısından çıxarılmasını istəmişdi.
Müxalifət.az