Almaniyada ATIŞMA! - Həlak olanlar arasında türklər də var

Almaniyada baş vermiş atışmada həlak olmuş 11 nəfərin arasında 5 nəfər türkün olduğu bildirilir.

Almaniyanın Hanau şəhərində dünən axşam yerli vaxtla saat 22.00-da naməlum şəxslər Heymarkt və Kurt Şumaxer küçələrində yerləşən iki kafedə, ardından şəhərin meydanlarından birində atəş açıblar.

Ağır yaralılardan biri sonradan xəstəxanada dünyasını dəyişib.

Yerli mətbuatın yazdığına görə, silahlı hücumda azı iki nəfər iştirak edib. Hücum edənlərin birinin öldüyü bildirilir./Hurriyyet.org