​Almaniyada 91,7 min nəfər koronavirusa yoluxub - YENİLƏNİB

Baxış sayı:
2413

Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 342 nəfərə çatıb.
RİA "Novosti" xəbər verir.
Bildirilir ki, ölkədə ümumilikdə 91 714 nəfər koronavirusa yoluxub. Son gün ərzində COVID-19-a 5 936 yeni yoluxma qeydə alınıb, 84 nəfər epidemiyanın qurbanı olub. 
Ölkədə yeni virusa daha çox yoluxma Bavariyada (23 846) qeydə alınıb. Siyahıda həmçinin Şimali Reyn-Vestfaliyanın (18 735), Baden-Vürtemberqin (18 614) də adları var. Paytaxt Berlində 3 613 nəfər koronavirusa daşıyıcısı qeydə alınıb.
***
Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 318 nəfərə çatıb.
Bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında “FOCUS online” portalı bildirib.
Qeyd edilir ki, ölkədə ümumilikdə 91 314 nəfər virusa yoluxub.
AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn - Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb.
Almaniyada son bir gün ərzində virusa yoluxmuş təxminən 166 insan ölüb, daha 6 000 nəfər COVID-19-a yoluxub.