​Almaniya yeni anti-terror ordusu yaradır – Təhlükə

Almaniyanın Federal Kriminal İdarəsi (BKA) getdikcə artan terror təhlükələri ilə mübarizə aparmaq üçün yeni qurum yaradacaq.
Muxalifet.az xəbər verir ki, terrorla mübarizə aparacaq yeni qurumda min nəfərə yaxın işçinin fəaliyyət göstərəcəyi bildirilir.
“Təhlükəsizlik qüvvələrinin İŞİD hücumlarının qarşısını almasına baxmayaraq, təhlükə hələ də yüksəkdir. Bunun üçün yeni bir qurumun yaradılmasına ehtiyac var”, - Almaniya Daxili İşlər naziri Tomas de Mezir bildirib.