“Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqları var" - MERKEL

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında  dərin fikir ayrılıqlarını ortaya çıxarıb.
 
 “TASS”-ın verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib. 
 “İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı”, - deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik”, - deyə o qeyd edib.