Almaniya və Fransadan ABŞ-a qarşı ŞOK HƏMLƏ: NATO DAĞILIR, YERİNƏ...

Baxış sayı:
1849

Əvvəl, NATO-nun açıq bir rəqibi - SSRİ-nin başçılığı ilə Varşava Paktı Təşkilatı var idi, “Deutsche Wirtschafts Nachrichten” nəşri yazır. Ancaq 30 ildir Varşava Paktı mövcud deyil və NATO isə ümumiyyətlə dəyişməyib. Bundan əlavə, təşkilatın baş katibi Yens Stoltenberq, Sovet İttifaqının varisi olan Rusiyanı düşmən kimi təqdim etmək üçün əlindən gələni edir, çünki bu olmadan NATO var olmasının mənasını itirəcək, məqalənin müəllifi Ronald Barazon izah edir.
NATO gələn həftə doğum gününü qeyd edəcək.Təşkilat 70 il əvvəl yaradılıb. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron, NATO və onun düşmənləri ilə bağlı sualları ilə hər kəsin bayram əhval-ruhiyyəsini korlayır, məqalə müəllifi Ronald Barazon deyir.
NATO-nun açıq bir düşməni var idi - SSRİ-nin rəhbərlik etdiyi Varşava Paktı Təşkilatı. Ancaq 30 ildir mövcud deyil və ittifaq ümumiyyətlə dəyişməyib. Bundan əlavə, təşkilatın baş katibi Yens Stoltenberg Rusiyanı düşmən hesab etməyi davam etdirmək üçün hər şeyi edir. Məqsəd ortadadır: Rusiya düşmən obrazında olmadan NATO mövcudluğunun mənasını itirəcəkdir. Lakin Makron buna son qoymaq və Moskva ilə tərəfdaşlıq qurmaq, alyansın vəzifələrini yenidən gözdən keçirmək istəyir.
Stoltenberq hərbi təşkilatı xilas etməyə çalışır, nəşr bildirir. Bəhanə olaraq daim Krımın "ilhaqı" ı və Ukraynanın şərqindəki müharibə misal gətirilir. Ancaq problem ondadır ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra Kiyevlə Moskva arasındakı münasibətlərdə soyuqluğun ortaya çıxması əlamətləri var.
Bundan əlavə, Barazon deyir ki, Ukrayna münaqişəsi  NATO-nun Ukraynanı Rusiyanın nüfuz dairəsindən qopartması üzündən baş verdi. Stoltenberg və onun sələfi Anders Foq Rasmussen Kiyevi alyansı şərqə doğru genişləndirmək üçün əllərindən gəldikləri qədər öz tərəflərinə çəkməyə çalışdılar. Rusiya isə bunu təxribat olaraq gördü, çünki Qara dəniz Donanması Krımda yerləşir. Moskva Gürcüstan və Belarusla yanaşı Ukraynanı özünün təhlükəsizlik və təsir zonası hesab edir.

Lakin NATO və Şərqi Avropa ölkələrinin təzyiqi ilə AB və ABŞ Rusiyanı düşmən elan etdi və bununla da ittifaqı xilas etdi. Bundan sonra təşkilata daxil olan dövlətlər fəal şəkildə silahlanmağa başladılar. Avropa Birliyinin şərq sərhəddində minlərlə əsgər və raket bazası olan hərbi bölgə yaradıldı və bundan Stoltenberg və silah istehsalçıları sevindi.
Bununla yanaşı, NATO islahatlarında yalnız Makron deyil, Almaniya kansleri Angela Merkeldə də maraqlıdır. Berlin, on illərdir NATO-nun qoruyucusu funksiyasını yerinə yetirən ABŞ-ın etibarlılığına şübhə etməyə başladı. Bu baxımdan Avropanın müdafiə siyasətinin və vahid AB ordusunun yaradılması perspektivlərinin müzakirəsi prioritet hala gəldi. Lakin bu müzakirələr indiyə qədər nəticə vermədi. Bu qurumun uğur şansları çox azdır, çünki Paris və London ABŞ-dan şübhə edərkən, Varşava, əksinə, Vaşinqtonla münasibətləri dərinləşdirir. Fransa Rusiyaya yaxınlaşarkən Berlin özünü Moskvadan uzaqlaşdırır.
Alternativ olaraq Makron NATO-ya Rusiya və Çinlə qarşıdurmaya girməyi deyil, terrorla mübarizəyə diqqət etməyi təklif etdi. Terrorun həqiqətən ciddi bir təhlükə olduğunu qəbul etmək lazımdır, çünki ittifaqa üzv ölkələrə ixrac olunur. Bununla birlikdə səmərəli mübarizə aparmaq üçün siyasi vasitələrdən istifadə edərək hökuməti və onu himayə edən qurumları zərərsizləşdirmək lazımdır. Lakin NATO belə bir vəzifəni öz üzərinə götürə bilməz, çünki bu hərbi təşkilatdır, Barazon belə hesab edir.
P.S.Bildirdiyimiz kimi, Frnasa və Almaniya NATO-nun effektivliyinin azalmasını səbəb gətirib, Avropa ordusunu qurmaq haqda müzakirələr aparırlar. NATO-nun bu vəziyyətə düşməsinə səbəblərdən biri isə təşkilat üzvü olan Türkiyənin “Sülh mənbəyi” əməliyyatı zamanı alyans ölkələrinin ona kömək etməməsi və dəstəkləməməsidir. Türkiyə NATO ölkələri içində ən güclü orduya malik ölkədir və alyansın əməliyyatlarına yardım etməzsə, ittifaqın apardığı əməliyyatların üğürlu olmasına təsir edəcək.
Türkiyənin NATO-nun Baltikyanı ölkələrin təhlükəsizliyini qorumaqdan imtina etdiyi zaman ittifaqdan ucalan səsləri eşitmək mümkün idi. Fransa prezidenti Makronun Avropa ordusu təklifinə isə Anqela Merkel razı olsa da, Fransanın nə maliyyə, nə də alyansda birlik yaratmaq cəhətdən lider ola bilməcəyini əsas gətirərək, onu yeni yaranacaq birliyin lideri kimi görmək istəmir. ABŞ ümumiyyətlə Avropa ordusunun yaranmasını istəmir. Onsuz da NATO-nun da əsas maliyyəsini ABŞ təmin edir və Avropa ordusu yaranarsa bu region ABŞ-ın nəzarətindən çıxacaq. Tramp ölkəsinin alyansa qoyduğu maliyyəni azaldacağını, üzv ölkələrə xərcləri artırmaq lazım gəldiyini bəyan etdi. Almaniya rəhbəri bunu qəbul etdi, alyansa sərfiyyatı atırmağı vəd etdi, Fransa isə qarşı çıxdı. Çünki, Fransa bir vaxtlar müstəmləkəsi olmuş Benin, Burkina Faso, Qvineya, Fildişi Sahili, Mali, Nigeriya, Senegal, Togo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Kongo, Ekvatorial Qvineya ve Gabondan zorla aldığı 500 milyard dollar vəsaiti artıq itirmək üzrədır, buna görə Fransa NATO xərclərinin öhdəsindən gələ bilməyəcəyini bildirib ABŞ-ın təklifinə qarşı çıxdı. Bu ölkənin demokratiya dərsi keçməsinə baxmayaraq keçmiş müstəmləkələrindən vergi almaq, bunu verməyəndə ölkələrdə dövlət çevrilişinə əl atması kimi gerçəklər var. 

Beləliklə, NATO ABŞ-ın göstərişi ilə Rusiyanın öz təsir dairəsi hesab etdiyi Ukrayna və Baltikyanı bölgəyə yerləşərkən, Türkiyə Rusiya ilə yaxınlaşarkən onu yanlarına çəkə bilmirlər və Avropanın dövlətləşə bilməsi üçün bir yandan Avropa ordusu yaratmaq fikrinə də düşdülər. ABŞ isə özü Rusiya ilə sərhədə öz ordusunu yığa bilməyəcəyi üçün NATO-nu dağılmağa qoymur və təlimlər adı altında alyans ordusunu Rusiya sərhədlərinə yaxınlaşdırır. Bu arada həm Avropanın Yeni İpək Yolu vasitəsilə Çinlə əməkdaşlığını, həm Rusiyanın Çinlə əməkdaşlığını istəmədiyindən bu yolla həm Avropanı, həm Rusiyanı mühasirəyə alır.
"inosmi.ru"
Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az