Almaniya, Türkiyədəki seçkilərlə BAĞLI HƏRƏKƏTƏ KEÇDİ

Baxış sayı:
4183

Almaniyanın Avropa ilə əlaqələr üzrə dövlət naziri Maykl Roz, Türkiyəyə gəlməyə hazırlaşır. Roz, 7 iyun seçkiləri öncəsi də analoji səfər etmişdi.
 
Türkiyə, 24 iyunda keçiriləcək tarixi seçkilərə hazırlaşır. Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bu dəfə seçkini uduzmaq istəməyən CHP sədri Kamal Kılıçdaroğlu, Türkiyə və Ərdoğana qarşı olan çirkli hesablarla ittifaqa girib.
 
ALMANİYA HƏRƏKƏTƏ KEÇDİ
 
Türkiyədəki seçki prosesinə partiyalardan əvvəl daxil olan Almaniya, prezident Ərdoğanın təbliğat işlərinə icazə verməyəcəklərini açıqlayıb. Almaniyanın bu açıqlamasından sonra müxalifət partiyaları ölkədəki işlərinə sürət verib.
 
TÜRKİYƏYƏ GƏLİR
 
Ərdoğana qadağa qoymasına rəğmən, müxalif olan siyasi güc mərkəzlərinə təbliğat fəaliyyət imkanı yaradan Almaniyanın Avropa ilə əlaqələr üzrə dövlət naziri Maykl Roz, bu dəfə də Türkiyəyə gəlməyi planlaşdırır.
 
ALMAN NAZİR CHP-Nİ ZİYARƏT EDƏCƏK
 
Roz, səfəri çərçivəsində CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək. 7 iyunda keçirilən seçkilər ərəfəsində də Türkiyəyə gələn alman nazir, o zaman da Kamal Kılıçdaroğlu ilə görüşmüşdü.
Müxalifət.az