Almaniya Türkiyə siyasətində tək qaldı - ETİRAF

Avropa Birliyi ölkələri Almaniyanın Türkiyəyə qarşı iqtisadi təzyiqlərini dəstəkləmir.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel məlumat verib.
“Avropada digər ölkələr bizim kimi düşünmür. Bəzi ölkələr deyir ki, icazə verin Türkiyə ilə əməkdaşlığı davam etdirək. Biz bu məsələdə fərqli düşünürük”.
Z.Qabriel Almaniyanın müxalif partiyalarının Türkiyənin AB-nə üzvlük müzakirələrinin dayandırılması çağırışlarına qarşı olduğunu bildirib. O, belə bir addımın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı daha da gücləndirəcəyini iddia edib.