Almaniya pula görə "Formula 1"-dən uzaqlaşdırıldı

Almaniya 2015-ci ildə keçiriləcək “Formula 1” Qran-pri yarışlarının təqvimindən çıxarıldı.

"Trend"in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqlamasında deyilir.

Məlumata görə, iyulun 17-19-da Almaniyada keçirilməsi planlaşdırılan yarış ləğv edilib. Buna səbəb maliyyə məsələlərinə cavabdeh firma ilə razılaşmanın əldə edilməməsidir.

Qeyd edək ki, Almaniya 1960-cı ildən etibarən “Formula-1” yarışlarına ev sahibliyi edirdi. Bu mövsüm daha bir ölkə - Cənubi Koreya da yarışların təqvimindən çıxarılıb.