Almaniya Prezidenti Gürcüstana səfər edəcək

Baxış sayı:
13138

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 6-da Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri olacaq.

Bundan başqa,  Frank-Valter Ştaynmayerin Gürcüstanın Baş naziri Giorgi Qaxaria, Parlamentin spikeri Arçil Talakvadze, Bütün Gürcüstanın  Patriarxı II İliya  ilə görüşləri planlaşdırılır.