Almaniya niyə Suriya bombardmanında iştirak etmədi? – MAKRON AÇIQLADI

Baxış sayı:
5887

Fransa prezidenti Emmanuel Makron, ABŞ, Böyük Britaniya və Fransanın qoşulduğu Suriya əməliyyatına Almaniyanın qatılmaması ilə bağlı, "Suriya əməliyyatı üçün Almaniyanın müvafiq konstitusiya imkanı yox idi" deyib.
 
Berlində Almaniya Kansleri Angela Merkel ilə görüş keçirən Fransa prezidenti Emmanuel Makron birgə mətbuat konfransında Suriya əməliyyatına Almaniyanın qoşulmaması haqda açıqlama verib. Merkel ilə müntəzəm olaraq fikir mübadiləsində olduğunu açıqlayan Fransa prezidenti Makron, "Əməliyyatın məxfilik içərisində və sürətli, məclis müzakirəsi olmadan həyata keçirilməsi lazım idi. Bunun üçün konstitusiyanın bizə verdiyi imkanlardan istifadə etdik. Lakin Almaniyanın konstitusiya çərçivəsi buna imkan vermirdi" deyib.
Makron, İngiltərədə Teresa Meyin məclisdə müzakirə etmədən əməliyyatda iştirak etməsini cəsur bir addım kimi xarakterizə edib.
Almaniyanın əməliyyatda iştirak etməməsinə baxmayaraq məşvərət etdiklərini deyən Makron, "Suriyada humanitar yardım və digər məsələlərdə Almaniya bizə dəstək olmağa davam edəcək" deyə, bildirib.
Müxalifət.az