​Almaniya Müslümü Türkiyəyə verəcəkmi? - Müzakirə

Baxış sayı:
5449

Almaniyada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarı Siqmar Qabriellə görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər görüş zamanı Suriya böhranının son vəziyyətini və PYD lideri Saleh Müslümün cəzalandırılması məsələsini müzakirə ediblər.
Görüşdən sonra təşkil edilən mətbuat konfrasında Qabriel PYD rəhbərinin ekstradisiya məsələsinin Ədliyyə Nazirliyi tərəfindən hüquqi müstəvidə dəyərləndiriliyini bildirib.
Bundan əlavə, Çavuşoğlu da Suriyanın ərazi bütövlüyünün çox əhəmiyyətli olduğunu və burada Türkiyə ilə Almaniyanın eyni mövqedən çıxış etdiyini deyib.
Qeyd edək ki, Çexiyada həbs edilən və ardınca sərbəst buraxılan S.Müslüm Almaniyanın Berlin şəhərində Türkiyənin “Zeytun budağı” əməliyyatının əleyhinə nümayiş təşkil etmişdi.
Bundan sonra, Türkiyə XİN Almaniyaya şifahi nota göndərərək, onun ekstradisiyasını tələb etmişdi.