Almaniya mesajı verdi: Biz hazırıq

Baxış sayı:
2362

Almaniyanın xarici işlər naziri Heiko Maas, Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündən əvvəl Alman Xəbər Agentliyi “DPA”-ya verdiyi açıqlamada görüşün mahiyyətinə və Suriya məsələsinə toxunub.
 
Maas, Rus həmkarı ilə görüşdə Suriyanın İdlib bölgəsinə hücum edilməməsi məsələsində gözləntilərini Rusiya tərəfinə açıq şəkildə çatdıracaqlarını qeyd edib.
Suriyadan qaçanlara təkrar qayıdış zəmanətinin verilməsini də istəyən Maas, "Suriyada sonunda azad seçkilərə yol açan siyasi bir çözüm olarsa, yenidənqurma üçün məsuliyyət götürməyə hazırıq" deyib.
Rusiyanın Suriyadakı həlledici mövqeyinə diqqəti çəkən Maas, məqsədlərinin mümkün insanı bir fəlakəti əngəlləmək olduğunu dilə gətirib.
Heiko Maas, Suriyanın sabit bir ölkə olmasının öz maraqlarına olduğunu qeyd edərək Suriyada Əsəd ilə qalıcı bir çözüm düşünmədiyini, ancaq BMT prosesində seçkilər nəticəsində yekun qərarı Suriyalıların verəcəyini bildirib.
Müxalifət.az