Almaniya ABŞ-ın Türkiyə əleyhinə tələbini rədd etdi

Baxış sayı:
2959

Almaniya höküməti ABŞın PKK/YPG-nin işğalı altındakı Suriyanın şimalı üçün "Almaniyadan quru qoşunlarının qismən bizim əsgərlərimizin yerinə keçməsini istəyirik" tələbinə, "Suriyaya quru qoşunları göndərməyi düşünmürük" açıqlaması ilə rədd cavabı verib.
 
Qeyd edək ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffrey “Welt am Sonntag” qəzetinə etdiyi açıqlamada, Almaniyadan Suriyanın şimalına əsgər göndərmələrini gözlədiklərini söyləmişdi.
ABŞ-ın bu təklifindən sonra Almaniyadan rədd cavabı gəlib. "Suriyada quru qoşunlarımız yoxdur və bunu dəyişdirməyi planlaşdırmırıq" deyən Alman hökumətinin sözçüsü Steffen Seibert, "Hökumət İŞİD mövzusunda hal-hazırda var olan mövcud tədbirlər çərçivəsində qalmağa üstünlük verir. Bu, yaxşı bilindiyi kimi, quru qüvvələrini əhatə etmir" deyib.
Müxalifət.az