Almaniya ABŞ ilə yollarını ayırır

Baxış sayı:
5869

Almanyanın xarici işlər naziri Heiko Maas, bir daha ABŞ və Avropanın yollarının ayrıldığını deyib. Alman xəbər agentliyi DPA-ya açıqlama verən Maas, "Transatlantik münasibətlərdə struktur dəyişikliklər var. Bunlar Trampdan sonra da  yox olmayacaq. Almaniyada, xüsusilə də Avropada buna strateji olaraq hazır olmaq lazımdır" deyə, bildirib.
 
ABŞ-da alınan bəzi qərarlardan sosial media olan Twitter vasitəsi ilə xəbərdar olduğuna diqqət çəkən Alman xarici işlər naziri, ABŞ-dakı bəzi adamların da Ağ Evdəki qərarları məhz Twitter-dən öyrəndiyi təəssüratının olduğunu deyib.
 
TWITTERDƏN ÖYRƏNMƏYƏK
 
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində (BMT) iştirak etmək məqsədilə sabah Nyu-Yorka gedəcək olan Maas, keçmişdə bütün mühüm məsələlərdə ABŞ ilə sıx məsləhətləşmələrin aparıldığını xatırladaraq, bu məsləhətləşmələrin azaldığını qeyd edib. Maas, Avropa İttifaqının (Aİ) ABŞ-a qarşı daha təbii və etibarlı mövqe nümayiş etdirməsini istəyərək, "Biz Avropalılar, Twitterdən ertəsi gün nə ediləcəyini gözləyib, ilanın ağzındakı dovşan kimi oturmamalıyıq" deyə, bənzətmə edib.
Müxalifət.az