Alman silahları “brak” çıxdı: QALMAQAL

Baxış sayı:
8473

Almaniyanın Müdafiə Nazirliyi 2017-ci ildə təslim aldıqları tank, helikopter, döyüş təyyarələri və yük təyyarələrinin 61 faizinin istifadə edilmədəntəmirə ehtiyacı olduğunu açıqlayıb.
 
Ötən il Almaniya Ordusunun aldığı 71 Puma tankından 27-sinin, 8 yük təyyarəsi A400-m-dən dördünün, 7 Tikər döyüş vertolyotundan 2-sinin, yeddi NH90 nəqliyyat vertolyotundan da yalnız dördünün istifadəyə yararlı olduğu bildirilib.
 
4 DÖYÜŞ TƏYYARƏSİNDƏN YALNIZ BİR DƏNƏSİ ÇALIŞIR
 
“Eurofighter” döyüş təyyarələrinin də kompüter sistemlərindəki problem səbəbiylə istifadəyə yararsız halda olduğu ortaya çıxıb. Almaniyanın yeni satın aldığı dörd döyüş təyyarəsindən yalnız bir dənəsi istifadəyə hazır vəziyyətdədir.
Alman deputat Matthias Höhnün sorğusundan sonra ortaya çıxan məlumatlara görə, Alman Ordusunun inventarındakı silahların 70 faizi istifadəyə hazırdır. İnventara 2017 ildə yeni əlavə olunan silahların isə yalnız 39 faizi istifadə üçün hazırdır.
 
BU BİR QALMAQALDIR
 
Höhnün sualına cavab Müdafiə Nazirliyi adından cavab verən kansler Angela Merkelin mühafizəkar Xristian Demokrat Partiyasından Piter Tauber, "Eurofighter-lərin geriyə qalan üçü üçün istifadə icazəsini çox yaxın zamanda gözləyirik" deyib.
Matthias Höhn, bu vəziyyəti bir "qalmaqal" kimi qiymətləndirib və "Bu müharibə sənayesini ləngliyini xoş görmək vergi ödəyicilərinə xərc kimi qayıdır" deyib.
Müxalifət.az