​ALMAN POLİTOLOQ: “Tramp Putini yaxşı tanımayıb...”

Baxış sayı:
3100

ABŞ Prezidenti Donald Trampa qarşı ölkədə güclü daxili təzyiq var.
Muxalifət.az xəbər verir ki, bu sözləri almaniyalı politoloq Ştefan Mayster deyib:
“O özünü güclü insan kimi göstərir və sübut etmək istəyir ki, açıq şəkildə Rusiyaya hücum edə bilər. Ancaq o, Putini birbaşa tənqid etmir. Onu görüşə çağırır”.
Ekspertin sözlərinə görə, Rusiya və ABŞ arasında hərbi toqquşmaları olmayacaq:
“Çox güman ki, hücum amerikalıların dəstəklədiyi digər qüvvələr vasitəsilə həyata keçiriləcək. Ancaq hazırkı vəziyyəti nəzərə alsaq, toqquşmanı da istisna etmək olmaz. Ümid edirik ki, tərəflər toqquşmadan qaçmaq üçün addımlar atacaq”.
Mayster bildirib ki, Tramp siyasətində Putinə qarşı kobud səhv buraxıb:
“O, elə bilirdi ki, Putin nə vaxtsa təslim olacaq. Tramp Putini yaxşı tanımayıb. Rus siyasəti xuliqan mədəniyyəti üzərində qurulub. Onlarda kompromis yoxdur. Çıxılmaz vəziyyətdə qaldıqları zaman sona qədər döyüşürlər”.