Alman nəhəngi Türkiyəni tərk edir, yerinə Azərbaycan nəhəngi gəlir

Baxış sayı:
7600

Alman nəhəngi “EWE AG” çətiri altında yerləşən “EWE Tirkey Holding”, 2007-ci ildə girdiyi Türkiyə enerji bazarından çıxmağa hazırlaşır. Bursagaz, Kayserigaz, EWE Enerji, Enervis və Millenicom olmaqla, 5 iştirakı var. Alman şirkət, Türkiyədəki varlıqlarını satmaq  üçün investorlarla keçirdiyi görüşləri, demək olar ki, başa çatdırıb. Alman nəhənginə, Azərbaycan nəhəngi SOCAR da talib olub. ARDNŞ-in ən yaxın rəqibi son dövrdə enerji sahəsində də investisiyaları olan Kolindir. Enerji kulislərində, bu varlıqlar üçün danışılan məbləğ, 200-250 milyon dollardır.
 
Trans Anadolu Qaz Boru Kəməri Layihəsində (TANAP) böyük səhmdarı olan ARDNŞ-in Türkiyədə enerji sektorunda milyardlarla dollarlıq investisiyası mövcuddur. ARDNŞ-in İzmirdə inşaatı davam edən STAR Neftayırma Zavodu sentyabr ayında xidmətə girəcək.
 ARDNŞ-in talib olduğu EWE Enerji illik 2-2.5 milyard kubmetrlik qaz tədarük etməklə Türkiyənin ən böyük şəxsi topdan satış portfelini idarə edir. ARDNŞ-in, bazara nisbətən daha münasib qiymətli bu qazın önəmli hissəsini, STAR zavodda istifadə etməyi planlaşdırdığı qeyd olunub.
EWE, Bursagaz və Kayserigazda 80 faiz səhmə malikdir. Çalık Enerjinin, Bursagaz və Kayserigazda 10 faiz payı var. Qalan 10 faiz səhmlər də bağlı bələdiyyələrə aiddir.
Müxalifət.az