Alman mətbuatının Afrin “əndişəsi”

Baxış sayı:
9490

Türkiyənin Suriyada terror təşkilatı PKK / PYD-YPG işğalı altında olan bölgələrə təşkil etdiyi “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatlarını "işğal" olaraq dəyərləndirən Alman mətbuatı, terror təşkilatının sözdə lider heyətində olan Ayşe Hiso-nun "Afrinə dönüş" xəyallarını xəbər olaraq verib. Hatayın da bir dövr Suriyaya bağlı olduğu və Türkiyə tərəfindən ilhaq edildiyi xatırladılan yazıda, "Afrinin də eyni taleyi yaşamasını istəmirlər" deyə fikirlərə yer verilib.
 
Hatayın da bir dövr Fransızların müstəmləkəsində olan Suriyanın torpağı olduğu və sonradan Türkiyəyə verildiyi xatırladılan yazıda, "Afrinində də eyni taleyi yaşamasını qətiliklə istəmirlər" deyə qeyd edilib.
 Almaniyanın “Spiegel” qəzetində nümayiş olunan yazıda, ABŞ prezidenti Donald Trampun keçmiş İŞİD-la mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makgurkün ötən günlərdə “Foreign Affairs” üçün qələmə aldığı və uşağı kimi bəsləyib böyütdüyü PKK / PYD-YPG terrorçularının gələcəyinə yönəlik narahatlıqlarını dilə gətirdiyi məqaləyə istinad edilib.
Müxalifət.az