Alman mətbuatından həddini aşan yazı: “Ərdoğan olan toya getməyin”

Baxış sayı:
4744

Məşhur Türk futbolçu Məsud Özil ilə Amina Gülşənin toylarına prezident Rəcəb Tayyib Ərdoğanı dəvət etmələri Alman mətbuatında mövzu olub.
 
Toyuna Rəcəb Tayyib Ərdoğanı dəvət etməklə Məsud Özil yenidən Alman mətbuatınının gündəminə oturub.
“Welt” qəzetində yer alan yazıda, Ərdoğanın qonaq olduğu toya gedəcək insanlar üçün təkliflər sıralanıb.
 
"DƏVƏTİ RƏDD EDİN"
 
Siyahının ən başında toya gedilməməsi və təklifin rədd edilməsi yer alıb. Alman qəzeti dəvətin telefonda rədd edilməsinin çətin olacağına görə, "yazılı olaraq" imtina etmənin daha doğru olacağı təklif edib.
“Welt”-in yazdığına görə, dəvətdən imtina edə bilməyən insanların isə Ərdoğan ilə fotoşəkil çəkdirməməsi tələb edilib.
Müxalifət.az