​Alman mediası: Ərdoğanın ABŞ-a sanksiya tətbiqi...

Baxış sayı:
2926

Ankara Vaşinqtonun sanksiyalarına simvolik bir cavab verdi.
Muxalifet.az xəbər verir ki, bu sözlər Almaniyanın nüfuzlu "Şpiqel" jurnalında qeyd edilib.
"Şpiqel" bildirir ki, sanksiya tətbiq edilən nazirlərin ABŞ-da mal varlığının olmaması və Ərdoğanın da eyni qaydada sanksiya tətbiq etdiyi nazirlərin Türkiyədə mal varlıqlarının olmaması simvolik xarakter daşıyır. Sanksiyaların hər iki ölkənin nazirlərinə faktiki olaraq zərər verəcəyi gözlənilmir.
Qeyd edək ki, ABŞ Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Onların ABŞ-a girişi qadağan edilib, həmçinin ABŞ-dakı əmlaklarına həbs qoyulub. Ankara da ABŞ-a qarşı analoji addım atıb.