Alman mediası açıqladı: Azərbaycan futbolçuları - kim neçəyədir?

Baxış sayı:
6406

ABŞ-a məxsus NBC News yazır ki, Azərbaycan FİFA siyahısında Kenya və Madaqasqardan sonra gəlir və 108-ci yerdə qərar tutub. Təbii ki, bu, ürəkaçan mənzərə deyil. Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda “Arsenal” ilə “Çelsi” futbol klubları arasında keçən final oyunu ilə bağlı Qərb mediasında gedən yazılar, xüsusən “Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsindən istifadə edərək Britaniya mediasında anti-Azərbaycan kampaniyasına start verilməsi bir daha sübut etdi ki, futbol son dərəcə önəmli sahədir və bu sektorda nəyin bahasına olursa olsun söz sahibi olmaq lazımdır. O da aydındır ki, futbolda ciddi uğur qazanmaq üçün bu işə sərmayə qoymaq gərəkdir. Aşağıdakı statistik məlumatlar özlüyündə çox şey deyir. Azərbaycanın ən yaxşı futbolçularının bazar qiyməti nə qədərdir? Təəssüf ki, bizdə belə məlumatlar bir qayda olaraq xəsisliklə verilir. Ancaq Qərb mətbuatından səhih bilgilər əldə etmək olar. Almaniyanin əsasən futbol üzrə ixtisaslaşmış “transfermarkt.de” saytında əksər ölkə futbolçularının bazar dəyəri verilib. Orada Azərbaycan da var. Azərbaycanda oynayan ən bahalı oyunçusu Braziliya əsilli 30 yaşlı yarımmüdafiəçi Ricard Ameydadır. Onun bazar dəyəri 1.6 milyon avrodur. 30 yaşlı Rusiya əsilli Maksim Medvedev müdafiəçidir. Onun bazar dəyəri 1.3 milyon avrodur. 28 yaşlı müdafiəçi Bədavi Hüseynov da Rusiya əsillidir. 22 yaşlı Mahir Mədətov hücumçudur. Hər ikisinin bazar dəyəri 1.2 milyon avrodur. 27 yaşlı yarımmüdafiəçi Qara Qarayevin bazar dəyəri isə 1 milyon avrodur. Qeyd etdiyimiz oyunçuların hamısı Ağdamın “Qarabağ” futbol klubunu təmsil edir. 23 yaşlı Rusiya vətəndaşı Ramil Şeydayev də bir müddət “Qarabağ”da oynayıb. 2018-ci ilin avqust ayından isə Rusiyanın “Krilya Sovetov” klubuna transfer olub. Hücumçu olan bu oyunçunun bazar dəyəri 1 milyon avrodur. Digər futbolçularımızın bazar dəyəri isə 1 milyon avrodan aşağıdır. Aydındır ki, klublara maliyyə dəstəyi vermək lazımdır. O da sirr deyil ki, Azərbaycanda var-dövləti başından aşan adamlar çoxdur. Ancaq onlar futbola sərmayə yatırmağa maraq göstərmirlər. Avropanın öndə gedən futbol klublarında gedən proseslər isə sübut edir ki, futbol biznes üçün ən perspektivli sahədir və bu sahəyə pul qoymağa dəyər. Təqdim edəcəyimiz linkdə digər Azərbaycanlı futbolçuların da bazar qiymətləri ilə tanış ola bilərsiz. https://www.transfermarkt.at/spieler-statistik/wertvollstespieler/marktw... Musavat.com Bədavi Hüseynov Ruslan Maksim Medvedev Boris Riçard Almeyda