Alman kəşfiyyatı xəbərdarlıq etdi

Baxış sayı:
11590

 Almaniya Konstitusiyanı Qoruma Təşkilatının (Daxili Kəşfiyyat Xidməti) sədri Tomas Haldenwang fərqli ifrat sağçı qrupların bir-biri ilə sıx bir şəbəkə qurduqlarını müşahidə etdiklərini bildirib.
 
Haldenwang “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada, son illərdəki proseslərin ifrat sağçı proseslərə daha çox diqqət edilməsi lazım olduğunu göstərdiyini ifadə edib.
İfrat sağ təhlükəsinə işarə edən Haldenwang, "Müxtəlif radikal sağçı qrupların bir-biri ilə sıx şəbəkə qurduqlarını müşahidə edirik"
 deyib.
Haldenwang ifrat sağçı dairələr ilə mövcud siyasi gedişdən məmnun olmayan populist "etirazçı vətəndaşlar" arasındakı sərhədin da getdikcə qeyri-müəyyən olduğunu qeyd edib.
Terror təşkilatı İŞİD barədə də xəbərdarlıqlar edən Haldenwang, təşkilatın Suriya və İraqda varlığına davam etdiyini bildirərək "İŞİD ilə bağlı təhlükənin keçdiyini demək olmaz. Hələ də hücum planlaşdırdığına dair çoxlu məlumatımız var. Almaniyada hər zaman bir hücum ola biləcəyini nəzərə almağımız lazımdır" deyib.
Radikal və terrorçuların diqqət çəkmədən bir-birilə necə ünsiyyət quracağını yaxşı bildiyini vurğulayan Haldenwang, internet ilə bu insanların ünsiyyət imkanlarının çox artdığının, bundan dolayı qanunların müasir rabitə dünyasına uyğunlaşdırılması lazım olduğunu vurğulayıb.
Müxalifət.az