ALLAHIN ƏLİNDƏKİ QIZIL KÖRPÜ - Qeyri-adi mənzərə... - VİDEO

Baxış sayı:
5563

Vyetnamın Da Nanq şəhərində qeyri-adi dizaynı olan körpü yerli və xarici turistlərin maraq obyektinə çevrilib.
Muxalifet.az İnosmi.ru saytına istinadən xəbər verir ki, 1400 m yüksəklikdə yerləşən 150 metrlik "Qızıl körpü", iki böyük əllə tutulan qızıl lentə bənzəyir.
Qeyd edək ki, körpünün dizayneri və inşaatçısı olan “Ta Corporation” şirkəti bu memarlıq abidəsi ilə bölgəyə daha çox turist cəlb etmək istədiklərini bildirib.
Populyar bir cazibə halına gələn piyada körpüsündən, meşələr və dağların gözəl bir görünüşü var.
Şirkətdən verilən məlumata görə, “The golden bridge” adlanan körpünün tikintisi bir il çəkib. Hazırda isə hər il bura axın edən turistlərin sayı 1 milyon 500 min nəfərdir.