Alıxanlıdan qayıdan qazilər qəzaya düşdülər – FOTO

Alxanlıdan yas mərasimindən qayıdan qazilər Natiq Mehdiyev və Ülfət Həsənov qəzaya düşüblər.
 
 Yol nəqliyyat hadisəsi Ələt yolunda baş verib.
Hadisə ilə bağlı azvision.az-a açıqlama verən Ülfət Həsənov ciddi xəsarət almadıqlarını deyib.
“Ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra və nənəsinin qəbrini ziyarət etmək üçün Füzuliyə getmişdik. Qəza Alxanlıdan qayıdarkən Ələt yolunda baş verdi. Vəziyyətimiz yaxşıdır. Ciddi xəsarət almamışıq”.