“ALINMADI, RƏİS”- Aqil Abbasdan Ata Abdullayevə

Baxış sayı:
7118

Azərbaycanlı videobloqqer Ata Abdullayevin Ermənistanın baş nazir Nikol Paşinyana dialoqu birmənalı qarşılanmayıb. Sosial şəbəkədə Ata Abdullayevi qəhrəman elan edənlər də var, bunun əksini hesab edənlər də. 

Muxalifet.az  bildirir ki, Milli Məclisin deputatı Aqil Abbas sözügedən məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında  Ata Abdullayev tanımadığını deyib:

“Doğrusu, o videomüsahibəyə də tam baxmamışam, amma sosial şəbəkədə yazılanlarla tanışam. Milana gedib bir o qədər erməninin olduğu kilsəyə girmək cəsarətli addımdır. Sosial şəbəkədə yazırlar ki, Paşinyanı susdurdu. Amma Paşinyan susmadı axı, ağlına gələni dedi və bizi yenə borclu çıxartdı. Yəni “alınmadı, rəis”. 

Qeyd edək ki, bloqqer Milandakı erməni icmasının nümayəndələri arasında kilsədə keçirilən görüşdə baş nazir Nikol Paşinyana gözlənilmədən suallar verib. “Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq? Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”