Alimlərin evi – 9 martda bünövrəsi qoyuldu, bu gün SATIŞINA BAŞLANDI

Baxış sayı:
5359

18 bloklu binanın 2 ilə inşa olunacağı gözlənir
 
Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.
AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.
Şöbədən verilən məluamat görə, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək. Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunması nəzərdə tutulur.
Qeyd edək ki, AMEA əməkdaşları üçün salınacaq “Alimlər şəhərciyi”nin martın 9-da təməlqoyma mərasimi keçirilib. Tədbirdə akademiyanın prezidenti Akif Əlizadə çıxış edərək demişdi ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı akademiya tarixində ilk dəfə olaraq bu tipli yaşayış kompleksi tikilir.
Xatırladaq ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumilikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.