Alimlərdən ŞOK ETİRAF: Tehran hər il 22 sm çökür…

Baxış sayı:
7507
Potsdamdakı Alman Geoloji Tədqiqatlar Mərkəzinin alimləri İranın paytaxtı Tehranın sürətlə çökdüyünü bildiriblər.
Alimlər Tehranın torpaq örtüyünün peyk radarları vasitəsilə analizindən sonra bu qənaətə gəliblər. Belə ki, onlar 2003-2017-ci illər ərzində olan çökmə səviyyələrini dəyənləndiriblər.
Alimlərin fikrincə, Tehranın bir sıra rayonlarında ildə 25 santimetrlik çökmə qeydə alınır. Bu, daha çox şəhərin qərb hissəsini əhatə edir. Tehran hava limanının yaxınlığında illik çökmə 5 santimetr, Tehranın cənub-şərqində 22 santimetr təşkil edir.
Geoloqlar bu çökmənin daha çox yeraltı sulardan intensiv istifadə nəticəsində onların səviyyəsinin azalması ilə əlaqələndiriblər. Bildirilib ki, 1984-2011-ci illər arasında Tehranda yeraltı suların orta səviyyəsi 12 metr azalıb.
Alimlər çökmənin binalara zərər vurduğunu və torpağın üst təbəqəsində hərəkətlənmələrə səbəb olduğunu bildiriblər. Bunun qarşısının alınmayacağı təqdirdə şəhər infrastrukturunun ciddi şəkildə pozulacağı vurğulanıb./Axar