ALİMLƏRDƏN DƏHŞƏTLİ XƏBƏRDARLIQ: “Tehran torpağın altında qalacaq, artıq çox gecdir”

Baxış sayı:
8923

İranın paytaxtı Tehran şəhəri böyük təhlükə ilə üz-üzədir.
Alman geofiziki araşdırma mərkəzinin alimləri 2003-2017-ci illərdə sputnik vasitəsilə əldə etdikləri məlumat və Peyk Radar İnterferometr metodu sayəsində aşkar ediblər ki, şəhərin bəzi hissələrində çökmə ildə 25 santimetrdən çoxdur.
Alimlər buna səbəb kimi yeraltı suların tükənməsini göstəriblər. Belə ki, son on ildə şəhərin və sənayenin inkişafı fonunda əhalinin sürətli artımı Tehran düzənliyində su təchizatına tələbi artırıb. Vəziyyətin pisləşdiyini torpaq və binalarda yaranan çatlar da sübut edir.
Alimlər xəbərdarlıq ediblər ki, şəhəri xilas etmək artıq çox gecdir.
Qeyd edək ki, Tehran Qərbi Asiyanın ən sıx əhali məskunlaşan şəhərlərindəndir. Burada təxminən 15 milyon insan yaşayır.