ALİMLƏRDƏN DƏHŞƏTLİ XƏBƏRDARLIQ: Qütblər yerini dəyişir, sahilyanı şəhərlər su altında qalacaq

Baxış sayı:
8089

Alimlər Yerin maqnit qütblərinin yerdəyişməsindən bəhs edib.
Belə ki, tədqiqatçılar Yerin qütblərinin son yerdəyişməsinin, onun maqnit sahəsinin zəifləməsi ilə əlaqəli olmamasını bildirir.
Elm adamlarının fikrincə, qütblərin müasir mövqeyi və kompasın oxunun göstərdiyi istiqamət planetimizin qalıcı xüsusiyyəti deyil. Təxminən bir neçə yüz min il ərzində müntəzəm olaraq Yerin şimal və cənub qütbləri dəyişib. Tədqiqatçılar bu fenomenin izi ilə qədim gil və vulkanik süxurlar tapıb.
Xüsusən, təxminən 40 min il əvvəl kompasın şimal oxu müasir Cənubi Qütbünə, cənub oxu isə Şimal Qütbünə yönəlib.
İnsanlar son zamanlar tez-tez Yerin qütblərinin sürətli yerdəyişməsinin baş verəcəyini deyir.
“Son iki hadisənin tədqiqi göstərir ki, bunlardan heç biri planetin maqnit dalğasındakı dəyişiklərə əsaslanmır. Buna görə də, yaxın gələcəkdə belə bir hadisənin baş verməsi mümkün deyil”, - İngiltərənin Liverpul Universitetindən professor Richard Holm deyib.
Təxminən iki il əvvəl ABŞ-da Roçester Universitetinin geoloqları Cənubi Afrikada Limpopo çayı üzərində maqnit anomaliyasını üzə çıxarıb. Bu nöqtədə maqnit sahəsinin gücü XIII-XVI əsrdəki göstəricilərlə müqayisədə bir neçə dəfə kəskin şəkildə azalıb.
Bu tapıntı göstərib ki, Yerin qütblərinin yerdəyişməsi təsadüf deyil, anomal xüsusiyyətlər olan nöqtələrə əsasən dəyişir.
Alimlərin fikrinə görə, bu yerlərdə mantiya süxurları planetin səthinə yaxınlaşır.
Kompüter simulyasiyasının köməyi ilə Yerin maqnit sahəsinin qüvvəsinin digər dövrlərdə - Antik, orta əsrlər və son iki əsrdə də dəyişdiyi məlum olub.
Bundan başqa, alimlər müxtəlif mineralların nümunələrini toplayaraq, bu materialların kristallarında maqnit sahələrinin istiqamətini yoxlayıb.
Nəticədə, geoloqlar Yerin maqnit sahəsində dalğalanmaların tarixini, habelə qütblərin yerdəyişmədən əvvəlki mövqeyini ətraflı təsvir edə bilib.
Alimlər bildirir ki, maqnit sahəsinin qüvvəsi bir neçə yüzillikdə də azalmağa davam edəcək, ondan sonra isə tədricən artacaq. Bu da Yerin strukturunda genişmiqyaslı dəyişikliklərə səbəb olmayacaq.
Bir qrup amerikalı tədqiqatçı isə bu əsrin sonunadək sahilyanı şəhərlərin su altında qalacağına əmindir. Bu qeyri-müəyyən kəşf əsrin son rübündə yığılan məlumatların kosmik analizinə əsaslanır(teleqraf).